xebermen.az

Gecə bank kartlarından pul çıxarmağa məhdudiyyət qoyuldu - Türkiyədə

13-11-2025, 09:40

 

Türkiyənin Bank Tənzimləməsi və Nəzarəti Agentliyi gecə saatlarında kredit kartlarından nağd pul çıxarılmasına məhdudiyyətlər tətbiq edib.


Buna səbəb bank sistemlərinə edilən kiberhücumların və dələduzluq hallarının artması olub.


Yeni qaydalara əsasən, axşam saat 22:00-dan səhər saat 06:00-dək kredit kartından nağd pul çıxarmaq üçün şəxsiyyətin təsdiqlənməsi tələb olunacaq. Belə ki, kartda ID-çip olmalı, istifadəçinin telefonu isə NFC texnologiyasını dəstəkləməlidir.


Digər hallarda nağd pul çıxarılması yalnız məhdudiyyətlərin aradan qaldırıldığı gündüz saatlarında mümkün olacaq.


Nəşrin yazdığına görə, kredit kartları limitlərinin artması və mobil bankçılığın yayılması ilə dələduzların istifadəçi hesablarını qıraraq gecə saatlarında əməliyyatlar həyata keçirməsi halları artıb. Yeni tədbirin bu cür halların qarşısını alacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930