xebermen.az

"Google" istifadəçilərini izləməkdə ittiham olunur

13-11-2025, 09:35

 

ABŞ-nin "Google" korporasiyası "Gemini" süni intellekti (Sİ) vasitəsilə istifadəçilərin şəxsi məlumatlarını qanunsuz izləməkdə ittiham olunur. Müvafiq iddia Kaliforniya ştatının San-Xose şəhərinin federal məhkəməsinə təqdim edilib.

Bu barədə məlumatı "Bloomberg" yayıb.

Bildirilir ki, "Google" istifadəçilərin "Gmail" və "Google Chat" tətbiqlərində şəxsi yazışmalarını, habelə "Google Meet" platformasında videokonfranslara dair məlumatları toplamaq və saxlamaq üçün, çox güman, "Gemini"nin dəstək funksiyasından istifadə edir.

Əvvəllər bu funksiya həmin tətbiqlərin istifadəçiləri tərəfindən əllə aktivləşdirilirdi. Lakin oktyabr ayından etibarən istifadəçilərin xəbəri və ya razılığı olmadan, Sİ-nin dəstəyi gizlicə aktivləşdirilib. Bununla belə qeyd edilir ki, "Gemini" tətbiqlərin məxfilik parametrləri vasitəsilə söndürülə bilər.

"Google" Kaliforniya ştatının 1967-ci ildə qəbul edilmiş şəxsi məlumatların qorunması haqqında qanununu pozmaqda ittiham olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031