xebermen.az

Bu şəhərdəki bütün kişilər "yoxa çıxdı"

11-11-2025, 12:20

 

Ukraynanın məşhur şəhərlərindən birində bütün kişilər "yoxa çıxıb".


Odessa vilayətindəki "Ukrayna Venesiyası" ləqəbli Vilkovo şəhərində mer Matvey İvanovdan başqa heç kim qalmayıb.


Bu barədə "The New York Times" məlumat yayıb.


Qəzetin məlumatına görə, şəhərdəki çağırış yaşına çatmış bütün kişilər ya hərbi xidmətə çağırılıb, ya da hərbi komissarlıqdan gizlənirlər.


Vilkovo meri açıq şəkildə "şəhərdəki yeganə kişi" olduğunu bildirib, digər bələdiyyə işçiləri qadınlardır.


"Qadınlar indi hər yerdədirlər... Onlar bunu sevirlər, bütün fəaliyyət sahələrinə nəzarət edirlər və rəhbərlik edirlər", - deyə o bildirib.


Qeyd edək ki, 30 oktyabrda Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün, yəni 3 fevral 2026-cı ilə qədər uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031