xebermen.az

Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti KƏSKİN ENDİ - SƏBƏB

10-11-2025, 10:55

 

Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin enib.


Eləcə də bazara çıxarılan mənzil sayları da artıb. Bu, əsasən Xırdalan, Masazır və Binədə daha qabarıq şəkildə müşahidə olunur. Zabrat qəsəbəsində, Kürdəxanı və Pirşağı kəndlərində də həyət evlərinin qiymətində eyni hal yaşanır.


Ekspertlərin sözlərinə görə, satışa çıxarılan sosial evlərin qiyməti aşağı olsa da, onlara da tələbat azdır. Əsas səbəb isə həmin ərazilərdə ictimai nəqliyyat problemidir. Sakinlər mərkəzə gəlmək üçün bir neçə dəfə marşrut dəyişməli olurlar.


Qeyd edək ki, sözügedən ərazilərdə ikimərtəbəli, 5 otaqlı, tam təmirli, ən əsası isə əşyalı mənzillər 80-90 min manata satışa çıxarılır. Bəzən qiymət 55-60 min manat həddində olur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031