xebermen.az

NATO-nun “kabus gəmiləri” bu dənizi CƏNGİNƏ ALDI

7-11-2025, 10:55


 

Baltik dənizində “kabus gəmiləri” adlandırılan NATO ölkələrinə məxsus hərbi gəmilərdən çoxlu siqnallar qeydə alınıb. Halbuki bu gəmilər başqa yerlərdə olmalı idi.


Bu barədə "Helsingin Sanomat" Finlandiyanın Nəqliyyat və Kommunikasiya Agentliyinə (Traficom) istinala məlumat yayıb.


Məlumata görə, bu siqnallar 3 noyabr bazar ertəsi günü qeydə alınıb.


Qeyd edilib ki, siqnal izləyicilərinin məlumatına əsasən, Finlandiya körfəzində İspaniyaya məxsus bir hərbi gəmi aşkarlanıb. Halbuki həmin gəmi Somalidən Yaponiyaya doğru yolda olmalı idi.


HS yazır ki, bu yanlışlıq Paraynendəki gəmi identifikasiya siqnallarını qəbul edən stansiyada baş vermiş ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031