Qərb mediası açıqladı: Bu ölkə Ukrayna müharibəsinə qoşulur
Britaniya ordusunun Ukraynadakı əməliyyatlarda iştirak etməyə hazır olduğu iddia olunur.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Bildirilib ki, Britaniya ordusu "könüllülər koalisiyası"nın bir hissəsi olaraq Ukrayna münaqişəsində və ya sülhməramlı əməliyyatlarda iştirak etməyi planlaşdırır.
"Hərbi mənbələr bildirib ki, Britaniya ordusu ya müharibəyə gedəcək, ya da müttəfiqləri ilə birlikdə müharibədən sonrakı sülhməramlı əməliyyatlarda iştirak edəcək. Həmçinin, onlar qırıcı təyyarələrdən tutmuş piyadalara qədər bütün hərbi imkanlarından istifadə edəcəklər", - nəşr yazıb.
Böyük Britaniya müdafiə nazirinin müavini Lyuk Pollardın açıqlamasına görə, ölkənin əsas missiyası NATO müttəfiqlərinə alyansın şərq cinahının təhlükəsizliyini təmin etməkdə dəstək verməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: