Payızda əhvalınızı qorumağın yolları: Psixoloqdan vacib xəbərdarlıqlar
Payızın gəlməsi ilə günlərin qısalması və günəş işığının azalması insanların əhvalına mənfi təsir göstərə bilər.
Özel Medline Adana Xəstəxanasının (Türkiyə) mütəxəssis psixoloqu Fulda Karaçiçekin sözlərinə görə, bu mövsümi dəyişikliklər orqanizmdə yuxu hormonunun ifrazını artırır, lakin xoşbəxtlik hormonu olan serotoninin istehsalını azaldır. Bu isə halsızlıq, yuxululuq, enerji azalması və ümumi maraqsızlıq kimi əlamətlərlə müşahidə oluna bilər. Psixoloq qeyd edib ki, xüsusilə mövsümü duyğu pozğunluğu (SAD) yaşayan insanlar bu dövrdə diqqətli olmalıdırlar.
Payızın psixoloji təsirləri
Karaçiçek deyib ki, payızda günəşli yay havasından soyuq və qapalı havalara keçid, emosional yavaşlamanı tətikləyir:
Sosial həyat və ailə münasibətləri
Havanın soyuması insanları açıq havadan uzaqlaşdıra, bu da təkliyə meyli artıra bilər. Lakin Karaçiçekə görə, bu dövr ailə ilə daha çox vaxt keçirmək və evdə sakitlik tapmaq üçün fürsət yarada bilər:
"Valideynlər üçün uşaqlarla birlikdə vaxt keçirmək və ailə içində rahatlıq tapmaq bu mövsümdə daha ön plana çıxır".
Payızda ruhi sağlamlığı qorumağın yolları
Psixoloq Karaçiçek payızda ruhi tarazlığı qorumaq üçün aşağıdakı tövsiyələri verib:
* Günəş işığından faydalanın: Hər gün 20–30 dəqiqə açıq havada vaxt keçirin.
* Müntəzəm idman edin: Xüsusilə gəzintilər və yüngül kardio məşqləri endorfin ifrazını artıraraq əhvalı yaxşılaşdırır.
* Daxili sakitlik tapın: Payız keçmişi düşünmək və özünü qiymətləndirmək üçün uyğun zamandır.
* Sosial əlaqələri qoruyun: Ailə və dostlarla vaxt keçirmək təkliyə qarşı təsirli mübarizə vasitəsidir.
* Yuxu rejiminə əməl edin: Düzgün yuxu rejimi enerji səviyyəsini yüksəldir və ruh halını sabit saxlayır.
Karaçiçekin fikrincə, payız təbiətin sakitləşdiyi və insanın öz daxili tarazlığını yenidən tapmaq üçün imkan əldə etdiyi bir dövrdür. Bu zaman sağlam vərdişlər qazanmaq və emosional sabitliyi qorumaq xüsusilə vacibdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: