xebermen.az

ŞOK ARAŞDIRMA: Uşaqlıq xatirələrini bərpa etmək mümkün oldu

5-11-2025, 10:09

 

İngiltərənin Anglia Ruskin Universitetinin alimləri müəyyən ediblər ki, insanın üzünün “uşaqlıq” versiyasına aidlik hissi onun erkən illərlə bağlı xatirələrini gücləndirir


Bu araşdırma "Scientific Reports" jurnalında dərc olunub.


Təcrübədə iştirakçılara baş hərəkətlərini sinxron şəkildə təqlid edən üzlərinin videoları nümayiş etdirilib. Bir qrupda görüntülər redaktə edilərək daha gənc görünüş yaradılıb, digərində isə dəyişiklik edilməyib. Daha sonra könüllülərdən uşaqlıq və son bir illə bağlı hadisələri xatırlamaları istənilib.


Məlum olub ki, üzlərinin “uşaqlıq” versiyasını görən iştirakçılar uşaqlıq xatirələrinə dair daha çox detal və emosiyanı yada salıblar. Lakin bu effekt son dövrdəki hadisələrə təsir etməyib.


Tədqiqatın rəhbəri, professor Ceyn Aspell bildirib ki, “xatirələrimiz bədənimizlə bağlı hisslərlə birgə formalaşır. İnsan öz uşaqlıq ‘mən’i ilə əlaqəni yenidən qurduqda, beyin köhnə xatirələri aktivləşdirməyə kömək edən əlavə siqnallar alır.”


Alimlər hesab edirlər ki, bu cür üsullar gələcəkdə koqnitiv pozğunluqları olan insanlarda yaddaşı yaxşılaşdırmaq üçün istifadə oluna bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930