xebermen.az

Aspirinin diabetə də xeyri var imiş

4-11-2025, 10:10

 

Aspirin diabet xəstələrində ürək riskini azalda bilər.

ABŞ-nin Pittsburq Universitetinin alimləri müəyyən ediblər ki, az dozada aspirin qəbul etmək ikinci tip şəkərli diabeti olan insanlarda ürək və beyin xəstəliklərinin riskini azalda bilər.

Araşdırma nəticəsində məlum olub ki, aspirini mütəmadi qəbul edən diabet xəstələrində ürək tutması və insult halları, həmçinin ölüm faizi bu dərmanı qəbul etməyənlərlə müqayisədə xeyli azdır.

Mütəxəssislər bildirirlər ki, aspirin xüsusilə uzun müddət davamlı qəbul edildikdə daha effektiv olur. Lakin həkimlər xəbərdarlıq edirlər ki, preparatı yalnız mütəxəssis məsləhəti ilə qəbul etmək lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031