xebermen.az

“Türkiyənin Avroviziyaya qatılmaması yanlışdır”

3-11-2025, 09:44

 

Türkiyənin məşhur müğənnisi Nilüfer Bakıda Avroviziya ilə bağlı sualları cavablandırıb.


Sənətçi jurnalistlərin suallarını cavablandırarkən ölkəsinin sözügedən müsabiqəyə qatılmamasının yanlış olduğunu söyləyib:


“Avroviziyada yarışanda çox gənc idim, sondan üçüncü olmuşduq. Amma Türkiyənin Avroviziyaya qatılmaması çox yanlışdır. Türkiyə Avroviziyaya iştirakçı göndərməlidir”.


Müğənni gənc həmkarı Edisin sözügedən müsabiqə üçün uyğun görülməsi haqqında suala da cavab verib:


“Edis təbii ki, iştiraka layiqdir. Çox bəyənirəm, çox sevirəm. Səsini, mahnılarını sevirəm, özü də çox şirin insandır. Gənc, mühim, uğurlu sənətçilərimizdəndir”. (OLAY)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031