xebermen.az

Tonlarla benzini Ermənistana kim satıb?-Xəyanətin detalları

2-11-2025, 13:10

 

1990-cı illərin əvvəlləri ölkəmiz üçün dövlətçilik baxımından sınaq illəri idi.

Sovet İmperiyasının dağılması, Ermənistanın hərbi müdaxiləsi və daxili siyasi çəkişmələr ölkəmizdə əsl xaos yaratmışdı.

Hakimiyyət və onların nümayəndələri ali kürsünün ciddiyyətini başa düşmür, ölkə üçün əhəmiyyətli məsələlərə dırnaqarası yanaşırdılar.

Birinci Qarabağ müharibəsinin odlu-alovlu günlərində strateji resurslarımızın, o cümlədən yanacağın düşmən tərəfə satılması üzrə faktlar təkcə bir qrup şəxsin tamahkarlığının və mənəviyyatsızlığının təzahürü deyil, həm də dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsinin acı göstəricisi idi.

Vətəndaşlar qeyd edirdilər ki, Azərbaycan nefti Marneuli şəhərinə aparılaraq Ermənistan tərəfə satılıb.

Lakin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət quruculuğunda yeni mərhələ başladı. İlk və ən vacib vəzifə ölkə daxilində xaosu dayandırmaq və qanunun aliliyini və mərkəzi hökumətin nüfuzunu bərpa etmək idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930