xebermen.az

Görmə problemi psixoloji durumumuza da ciddi təsir edirmiş

2-11-2025, 13:09

 

Görmə problemləri təkcə insanın fiziki rifahına və ümumi həyat keyfiyyətinə təsir göstərmir.


Bunu məşhur oftalmoloq Aygül Otxozoriya deyib. O, "Gazeta"ya açıqlamasında bildirib ki, görmə qüsuru olan insanların psixoloji sağlamlığı bu cür problemləri olmayanlara nisbətən daha çox olur.


"Ciddi görmə pozğunluğu tənhalıq, sosial təcrid və daimi narahatlıq, qorxu hissləri ilə assosiasiya olunur. 65 yaşdan yuxarı görmə pozğunluğu olan insanların ağır sosial təcridlə qarşılaşma ehtimalı iki dəfə çoxdur. Gənclərə gəldikdə isə, onların görmə problemləri halında yaşlı insanlara nisbətən ciddi narahatlıq və ya depressiya yaşama ehtimalı təxminən beş dəfə çoxdur. Oktyabr ayında "Rusiyanın işləyən əhalisində görmə problemləri" adlı bir araşdırmanın nəticələri təqdim edildi. Sorğuda respondentlərin yarıdan çoxu (57%) iş yerində gözlərinə yaranan daimi gərginlik səbəbindən stress keçirdiyini bildirdilər. Onlar qıcıq olduqlarını və əhval-ruhiyyənin məhz bu səbəbdən aşağı olduğunu qeyd ediblər",- həkim qeyd edib.


Mütəxəssis qeyd edib ki, görmə sadəcə bir fiziki funksiya, ətraf aləmi müşahidə etmək qabiliyyəti deyil, həm də insanın daxili, psixoloji tarazlığının təməllərindən biridir: "Bir sözlə, göz sağlamlığı ilə bağlı heç bir problem və ya görmə itiliyi ilə bağlı şikayətlər olmadıqda, özümüzü sakit, emosional cəhətdən sabit hiss edir, gələcəyə inamla baxa və hədəflərimizə doğru irəliləyə bilərik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930