xebermen.az

Rusiyada genişmiqyaslı əməliyyat: Onlarla qaraçı hərbi komissarlığa aparıldı

1-11-2025, 13:09

 

Rusiyanın Tula vilayətinin qaraçılar yaşayan məşhur ərazisi Plexanovoda genişmiqyaslı reyd keçirilib.

Bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb. Qeyd edilib ki, əməliyyata Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi ilə yanaşı Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi, Federal Vergi Xidməti və kommunal xidmətin işçiləri də qatılıblar. Məlumata görə, nəticədə 35 yerli sakin saxlanılaraq hərbi qeydiyyat üçün komissarlığa aparılıb.

Jurnalistlərin məlumatına görə, hərbi qeydiyyatdan yayınan 22 nəfər inzibati cərimə alıb, qalan 13 nəfər isə tibbi müayinədən keçməyə göndərilib.

Bundan əlavə qayda pozucuları kimi nəzarətə götürülən şəxslərdən ödənilməmiş borclara görə beş nəqliyyat vasitəsi və təxminən 1 milyon rubl müsadirə edilib. Həmçinin, 43 evin elektrik enerjisi ödəniş etmədiyinə görə kəsilib. Qeyd edilib ki, yol hərəkəti qaydalarının pozulmasına görə yazılmış cərimələri və vergiləri ödəməyənlərə qarşı əmlakın müsadirəsi barədə 24 akt tərtib edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930