xebermen.az

Android iOS-dan daha təhlükəsiz imiş

1-11-2025, 13:05

 

Türkiyə Futbol Federasiyası (TFF) 149 peşəkar hakimi idman yarışlarına mərc etdikləri üçün 8 aydan bir ilə qədər müddətə hakimlikdən uzaqlaşdırıb.

Istintaqın nəticələrinə görə, 571 fəal hakimdən 371-nin bukmeker kontorlarında hesabı olub, onlardan 152-si qumar oyunları ilə fəal məşğul olub.

Hadisəni şərh edən federasiyanın rəhbəri İbrahim Hacıosmanoğlu Türkiyə futbolunun ciddi mənəvi böhran yaşadığını qeyd edib.

“Futbolumuzun əsas problemi etik prinsiplərin olmamasıdır. Təxminən 15 hakimin mərc oyunlarına cəlb oluna biləcəyini güman etdik, lakin miqyası şok oldu. Hakimlərlə yanaşı, oyunçular da mərc edir – təxminən 3700-ə yaxın”, – deyə o, CNN Türk-də bildirib.

Araşdırma zamanı məlum olub ki, 42 hakim mindən çox, onlardan biri isə 18 mindən çox mərc edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930