Bu gündən etibarən Ermənistan pasportlarına yeni giriş/çıxış möhürü vurulur.
Sosial media istifadəçiləri Ermənistanın giriş/çıxış möhürlərindən Ağrı dağının (Ararat) təsvirinin silindiyini göstərən videolar paylaşırlar.
Qeyd edək ki, bu qərar 11 sentyabr tarixində qəbul edilib.
Köhnə möhür:
.jpg)
Yeni qərara əsasən, təqvim möhüründə aşağıdakı məlumatlar yer alacaq:
- “Hayastan” və “Armenia” sözləri erməni və ingilis dillərində
- Dövlət sərhədinin keçid məntəqəsinin adı
- Sərhədin keçildiyi gün, ay və il
- Nəzarət nişanının nömrəsi
- Giriş/çıxış qeydinin işarəsi
- Təqvim möhürünün nömrəsi
- Hava, dəmir yolu və ya avtomobil keçid məntəqələrinə aid fərqləndirici nişanlar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycanda sosial müavinətlərin məbləği ARTIRILDI - FƏRMAN
Ermənistanda viza möhürlərindən Ağrıdağın təsviri silinəcək