xebermen.az

Çinin pilotsuz helikopteri ilk uçuşunu başa vurdu

31-10-2025, 10:17

 

"United Aircraft" şirkətinin istehsalı olan "Boying T1400 Tandem Rotor" pilotsuz helikopteri Çinin şimal-şərqində yerləşən Xeylunczyan vilayətinin Harbin şəhərində ilk sınaq uçuşunu uğurla həyata keçirib.


Bu barədə Çin agentliyi "Xinhua" məlumat yayıb.


Helikopterin maksimal qalxma çəkisi 1400 kiloqramdır. Uçuş müddəti 8 saata qədər, maksimal uçuş hündürlüyü 6500 metr, maksimal sürəti isə saatda 180 kilometrdir.


İki mühərrikli və yüksək möhkəmliyə malik kompozit konstruksiyası sayəsində "T1400" böyük yükdaşıma qabiliyyətinə və geniş daxili quruluşa malikdir. Ağıllı idarəetmə funksiyaları ilə bu helikopter kənd təsərrüfatı, logistik daşımalar və meşə yanğınlarının qarşısının alınması kimi sahələrdə geniş tətbiq potensialı nümayiş etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031