xebermen.az

BMT-dən ABŞ-ın mümkün nüvə sınaqları ilə bağlı HƏYƏCANLI AÇIQLAMA

31-10-2025, 10:15

 

"Ölkələr gərginliyin artmasına və fəlakətli nəticələrə səbəb ola biləcək hərəkətlərdən çəkinməlidirlər".

Bunu Birləşmiş Millətlər Təşkilatının baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq brifinq zamanı deyib.

Bu açıqlama, ABŞ Prezidenti Donald Trampın ölkəsinin yenidən nüvə sınaqlarına başlaya biləcəyi ilə bağlı bəyanatına münasibət olaraq verilib.

BMT rəsmisi vurğulayıb ki, dünyada nüvə riskləri artıq narahatedici dərəcədə yüksək səviyyədədir.

“Baş katib bir müddətdir bildirir ki, hazırkı nüvə riskləri narahatedici dərəcədə yüksəkdir. Hesablamalarda səhvlərə və ya gərginliyin fəlakətli şəkildə artmasına səbəb ola biləcək addımlardan qaçmaq vacibdir”, - Fərhan Haq deyib.

Qeyd edək ki, bir gün əvvəl Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edərək Müdafiə Nazirliyinə nüvə silahı sınaqlarına başlamağı tapşırdığını açıqlayıb. Onun sözlərinə görə, ABŞ digər nüvə dövlətləri ilə “bərabər əsaslarla” hərəkət edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930