xebermen.az

Tramp Qarabağ müharibəsindən danışdı: Putin mənə zəng edərək...

30-10-2025, 10:34

 

Azərbaycan ilə Ermənistan arasında müharibə 38 il davam etdi, milyonlarla insan öldü. Amma biz bu münaqişəni dayandıra bildik.


Bunu ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyada keçirdiyi brifinq zamanı bildirib.


“Vladimir Putin də bu məsələ ilə bağlı mənə zəng edərək təəccübləndiyini dedi. Bu müharibə 38 il davam etdi, milyonlarla insan həlak oldu, amma biz bu münaqişəni aradan qaldıra bildik. İki ölkə tədricən barışır və mənim iştirakımla keçirilən görüşdən cəmi bir saat sonra onların bir-birini qucaqlaması heyrətamiz idi. Hər iki ölkənin liderləri dedi ki, siyasi karyeraları boyunca yalnız bir-birinə atəş açıblar”.


Qeyd edək ki, avqustun 8-də Ermənistan və Azərbaycanın dövlət başçıları Ağ Evdə Donald Trampın iştirakı ilə sülh sazişini paraflayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031