xebermen.az

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

29-10-2025, 10:12

 

Koqnitiv sağlamlığı, yəni yaddaşın, diqqətin və düşünmə qabiliyyətini qorumaq üçün qayğıya gənc yaşlardan başlamaq vacibdir.

Bunu Rusiyanın Koqnitiv Sağlamlıq Mərkəzinin rəhbəri, nevroloq Yuliya Şpilyukova deyib. O bildirib ki, beyin sağlamlığının əsası 20-30 yaş dövründə qoyulur.

Onun sözlərinə görə, koqnitiv geriləmənin qarşısını almağın əsas amillərindən biri fiziki aktivlikdir. Həkim həftə ərzində ən azı 150 dəqiqəlik kardio məşqləri (üzgüçülük, yüngül qaçış, sürətli gəzinti və s.) tövsiyə edir. Bundan əlavə, güc məşqləri və sağlam həyat tərzi vərdişləri də beyin fəaliyyətini dəstəkləyir.

Şpilyukova qeyd edib ki, nizamlı həkim müayinələri, xüsusilə təzyiq, şəkər və xolesterin səviyyəsinin nəzarətdə saxlanması  beynin zədələnmə riskini azaldır.

Mütəxəssis həmçinin görmə və eşitmə problemlərinin vaxtında aradan qaldırılmasının vacibliyini vurğulayıb, çünki informasiya axınının azalması beyin fəaliyyətini zəiflədir.

Bundan əlavə, yuxu rejiminə əməl etmək (7-9 saat yuxu) və sosial əlaqələri qorumaq da mühüm sayılır. Şəxsin cəmiyyətdən təcrid olunması yaddaşın və düşünmənin zəifləməsini sürətləndirə bilər.

"Əgər gündəlik həyatda yaddaş pozğunluğu, təkrarlanma, evdən çıxmaq qorxusu kimi əlamətlər müşahidə edilirsə, həkimə müraciət etmək lazımdır. Erkən diaqnoz beyin funksiyalarının pisləşməsini xeyli ləngidə bilər", - deyə həkim bildirib.

Onun fikrincə, davamlı fiziki aktivlik, müsbət emosiyalar, sosial həyat və sağlam yuxu rejimi uzunmüddətli beyin sağlamlığının əsas açarlarıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930