xebermen.az

Rusiyanın zərbələri nəticəsində xeyli mülki şəxs öldü

26-10-2025, 15:00

 

Rusiyanın Ukraynanın Donetsk bölgəsinə son 24 saat ərzində hücumları nəticəsində dörd nəfər ölüb, bir nəfər yaralanıb.

Bu barədə Milli Polisin mətbuat xidməti teleqram kanalında xəbər yayıb.

Bəyanatda bildirilir: "25 oktyabrda polis cəbhə xətti boyunca və yaşayış məntəqələrində 2 116 hücum qeydə alıb və nəticədə dörd mülki şəxs həlak olub. Rusiyanın hərbi qüvvələri Konstantinovkaya KAB-250 bombaları, dronlar və artilleriya ilə zərbələr endirib, nəticədə üç mülki şəxs həlak olub, daha biri yaralanıb. Severskdə artilleriya mərmisi nəticəsində bir nəfər ölüb, şəxsi evə isə ziyan dəyib".

Qeyd olunub ki, səkkiz yaşayış məntəqəsi: Drujkovka, Konstantinovka, Kramatorsk, Seversk şəhərləri, Kamışevaxa, Malotaranovka, Alekseyevo-Drujkovka qəsəbələri, Spassko-Mixaylovka kəndi atəşə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031