xebermen.az

Azərbaycan Rusiya məhsullarının öz ərazisindən Ermənistana tranzitinə icazə verdi

26-10-2025, 15:00

 

Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan ərazisindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, Rusiya Dəmir Yolları (RJD) və onun regional həmkarları hazırda Rusiya mallarının Azərbaycan üzərindən Ermənistana tranzitinin təşkili üzərində işləyirlər.

"Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan üzərindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib. Bu baxımdan, biz çox maraqlı irəliləyişlər əldə etmişik. Rusiya Dəmir Yolları hazırda regional həmkarları ilə birlikdə bu daşımaların təşkili üzərində işləyir. Biz həmçinin bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik", - Overçuk qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031