xebermen.az

Moskvadan İrəvana eyham: Tanqo üçün iki nəfər lazımdır

24-10-2025, 13:30

 

Rusiya-Ermənistan münasibətləri daha da yetkinləşir, lakin problemlərin həlli hər iki tərəfdən hərəkət tələb edir. 

Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan” radiosuna deyib.

"Biz dəyişirik, ətrafımızdakı dünya dəyişir. Münasibətlər yeni xüsusiyyətlər qazanır. Bunu deməkdən çəkinmərəm ki, onlar daha da yetkinləşir. Bu o demək deyil ki, bütün problemlər həll olunur, heç bir fikir ayrılığı və anlaşılmazlıq yoxdur.

Bu, ölkələrin həyati maraqlarına, onların iqtisadi və sosial maraqlarına aiddir. Ona görə də əsas məsələ hər iki tərəfdə müzakirələr davam etməlidir. Tanqo metaforası bu günlərdə məşhurdur. Tanqo üçün isə indiki halda iki nəfər lazımdır”, - rus diplomat qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031