xebermen.az

Ermənistanda etirazlar - Gürcüstanla sərhədi bağladılar

21-10-2025, 09:53

 

Ermənistan-Gürcüstan sərhədindəki "Bavra", "Baqrataşen" və "Qoqavan" sərhəd-keçid məntəqələrinə gedən yollar yük maşını sürücüləri tərəfindən bağlanıb.

Buna səbəb sürücülərin Rusiya ərazisində qalma müddəti ilə bağlı tətbiq edilən məhdudiyyətlərə olan etirazıdır.

Onlar bildiriblər ki, hazırki qaydalara əsasən, Rusiya ərazisində il ərzində yalnız 90 gün qalmağa icazə verilir və bu müddətin uzadılmaması yükdaşıma fəaliyyətinə ciddi təsir göstərir.

Etirazçılar daha əvvəl hökumət binası qarşısında keçirilən aksiya zamanı yaradılan nümayəndə heyətinin görüşündən narazı qalıblar. Sürücülər bəyan ediblər ki, tələbləri yerinə yetirilməyincə xarici yük maşınlarının keçidinə icazə verməyəcəklər.

Hazırda sərhədin Ermənistan istiqamətlərində gərginlik davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930