xebermen.az

"WhatsApp"da yeni məhdudiyyətlər tətbiq ediləcək

20-10-2025, 09:48

 

"WhatsApp" messencerinin tərtibatçıları ("Meta Platforms Inc.") spam əleyhinə tədbirləri gücləndirmək üçün işləri davam etdirirlər.

Bu barədə "TechCrunch" məlumat yayıb.

Belə ki, platforma istifadəçilərin və biznes hesablarının rəy almadan kontaktlara göndərə biləcəyi mesajların həcmini məhdudlaşdırmaq niyyətindədir.

Məlumata görə, yaxın gələcəkdə naməlum kontaktlara ünvanlanan bütün mesajlar yeni aylıq limitlə məhdudlaşdırılacaq. Göndərən öz mesajına ən azı bir cavab alan kimi bu limit qaldırılacaq. Limitin dəqiq parametrləri hələ açıqlanmasa da, şirkət müxtəlif variantları sınaqdan keçirir.

Mövcud məlumatlara görə, bu dəyişiklik yaxın həftələrdə bir neçə ölkədə test rejimində yayılmağa başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031