xebermen.az

Azərbaycan Qəzza zolağına qüvvə göndərəcək? - "Politico" yazdı

16-10-2025, 13:49

 

Azərbaycan Qəzza zolağına sabitləşdirici qüvvə göndərmək üçün əsas namizədlərdən biridir.

Bu barədə "Politico" nəşri ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, ölkəmizlə yanaşı İndoneziya və Pakistan da Qəzza zolağına öz sülhməramlılarını göndərmək üçün başlıca iddiaçılar sayılır.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, məhz bu ölkələr Qəzzadakı sabitləşdirici missiyaya ən böyük marağı ifadə ediblər. Lakin hazırda bu qüvvələrin tərkibinə dair danışıqlar davam edir və heç bir ölkə hələ ki qəti öhdəlik götürməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031