xebermen.az

Bu şəxslərin kredit borcu silinir?

16-10-2025, 12:43

 

Bəzən elə hallar olur ki, kredit borcu olan şəxs hər hansı səbəbdən azadlıqdan məhrum edilir. Belə vəziyyətdə həmin şəxsin borcu silinə bilər?

Hüquqşünas Ramil Süleymanov açıqlamasında bildirib ki, həbsə düşmək, ümumiyyətlə, istintaq altında olmaq, ezamiyyətdə və ya xarici ölkədə olmaq şəxsi kredit öhdəliklərini yerinə yetirməkdən azad etmir.

O qeyd edib ki, kredit borcunun ödənilməsi ilə bağlı məhkəmə qərarının təxirə salınması da nəzərdə tutulmur:

"Şəxs cəzaçəkmə müəssisəsində olduqda belə, müəyyən işlərə cəlb olunaraq əmək fəaliyyəti göstərə bilər və onun əməkhaqqından müvafiq tutulmalar həyata keçirilə bilər. Ona görə də şəxsin həbsə düşməsi onun kredit borclarının silinməsinə səbəb olmur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031