xebermen.az

NATO müdafiə nazirləri TOPLANIR - Masada nələr var?

15-10-2025, 10:19

 

Bu gün Brüsseldə Avropa İttifaqı və NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.

Toplantının əsas müzakirə mövzusu Ukraynaya silah tədarükü məsələsi olacaq.

NATO-nun Baş katibi Mark Rutte oktyabrın 13-də Lyublyanada keçirilən təşkilatın Parlament Assambleyasında çıxışı zamanı bildirib ki, Brüsseldə keçiriləcək iclasda Avropada silah istehsalının artırılması, xüsusilə pilotsuz uçuş aparatları, döyüş sursatları, uzaqmənzilli raketlər və hava hücumundan müdafiə sistemlərinin maliyyələşdirilməsi planları diqqət mərkəzində olacaq.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin daha əvvəl verdiyi məlumata görə, görüş zamanı Avropa ölkələrinin “ABŞ-ın Kiyev üçün əsas silah sifarişlərini” elan etməsi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930