xebermen.az

Ramiz Mehdiyev ömürlük həbs edilə bilər

15-10-2025, 10:16

 

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində 4 ay müddətinə ev dustalığı tədbiri seçilib. Sabiq PA rəhvəri Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Cinayət Məcəlləsinin 274-cü və 278-ci maddələrinə əsasən, əməli törətməsi sübuta yetirilən şəxs on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, Ramiz Mehdiyevin 87 yaşı var və bu, ona cəza təyin edilərkən məhkəmə tərəfindən nəzərə alına bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930