xebermen.az

Ukraynanın Krım planı: İcazə verildi

13-10-2025, 13:54

 

Ukrayna Silahlı Qüvvələri Krıma davamlı zərbələr endirə bilər.

Bu barədə yarımadaya hücumu şərh edən “Two Majors” "Telegram" kanalı məlumat yayıb.

"Bu, tamamilə mümkündür. Uzun sürən hücum davam edir, onun əsas mərhələsi hələ qabaqdadır", - deyə məlumatda deyilir.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri HIMARS raket zərbələrinin mütəmadi olaraq qeydə alındığı Belqorod vilayətində də oxşar strategiyadan istifadə edir.

Xatırladaq ki, oktyabrın 12-i axşam saatlarından Krım Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. Həmin vaxt hava hücumundan müdafiə qüvvələri yarımada üzərində 17 pilotsuz uçan aparatı vurub. Daha sonra oktyabrın 13-nə keçən gecə yarımadanın üzərində 40 PUA zərərsizləşdirilib və həmin gün səhər saatlarında Krım üzərində daha 16 pilotsuz təyyarə vurulub. Yarımadada Feodosiyadakı neft anbarına da ziyan dəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930