xebermen.az

SƏRHƏD KEÇİLDİ: Avropa Rusiyaya müharibə elan edib? - Dizendən KRİTİK AÇIQLAMA

12-10-2025, 12:21

 

"Avropa artıq Rusiya ilə aparılan proksi müharibə ilə real qarşıdurma arasındakı sərhədi keçib və faktiki olaraq Rusiya Federasiyasına qarşı döyüşür".


Bu fikri Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen "YouTube" kanalına müsahibəsində bildirib.


“Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles iddia edir ki, biz Krımı boğmalıyıq. Biz artıq proksi müharibə ilə birbaşa silahlı qarşıdurma arasındakı sərhədi keçmişik”, - deyə o bildirib.


Professor həmçinin vurğulayıb ki, Qərb ölkələrinin siyasətçiləri artıq açıq şəkildə Rusiya gəmilərinin ələ keçirilməsindən və ölkənin dərinliklərinə zərbələr endirməkdən danışırlar.


Oktyabrın 9-da "The National Interest" nəşri yazıb ki, ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri Rusiya ilə “qarşıdurmaya” hazırlıq aparır.


Həmin gün NATO-nun Avropadakı keçmiş komandanı admiral Ceyms Stavridis bəyan edib ki, alyans Rusiyanın hibrit müharibəsinə cavab olaraq Kalininqraddakı obyektləri məhv etməyə hazırlaşmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031