xebermen.az

Ermənilərin Gəncəyə dördüncü raket hücumundan 5 il ötür

11-10-2025, 10:30

 

Bu gün Ermənistanın Gəncəyə dördüncü qanlı raket hücumundan 5 il ötür.


2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Gəncəyə edilən sayca dördüncü raket hücumu nəticəsində 10 mülki şəxs Şəhid olub və 40-dan çox insan yaralanıb.


Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhaliyə qarşı terror siyasəti Cenevrə Konvensiyasını, BMT-nin, Haaqa Konvensiyasının, UNESCO-nun, elə cə digər beynəlxalq və regional təşkilatların qərar və qətnamələrini, xüsusilə də üzərinə düşən öhdəliklərini kobud və düşünülmüş şəkildə pozmuşdu. Lakin Ermənistana bunların heç birinə məhəl qoymayaraq mülki əhaliyə qarşı terror siyasətini davam etdirmişdi.


Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930