xebermen.az

Yer kürəsini maqnit qasırğası bürüyəcək

10-10-2025, 11:35

 

Yaxın günlərdə Yer kürəsi G1 sinfindən olan zəif maqnit qasırğası ilə üzləşəcək. Bu, oktyabrın 12-də baş verəcək.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar Laboratoriyası öz rəsmi saytında məlumat verib.

Məlumata görə, bu gün, oktyabrın 10-da geomaqnit vəziyyət sakit olaraq qalır. Oxşar vəziyyət növbəti gün də davam edəcək. Lakin bazar günü, oktyabrın 12-də vəziyyət əhəmiyyətli dərəcədə dəyişəcək. Bakı vaxtı ilə saat 01:00-da Yer kürəsini G1 sinfindən maqnit qasırğası bürüyəcək.

Bununla belə, qasırğa uzun çəkməyəcək. Proqnozlara görə, artıq bazar ertəsi, oktyabrın 13-də vəziyyət sabitləşəcək. Maqnit qasırğası səngiyəcək və sonrakı bir neçə gün Yer kürəsi hər hansı təhlükə altında olmayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031