xebermen.az

Albert Eynşteynin ilk skripkası bir milyon dollardan baha qiymətə satıldı

9-10-2025, 10:08

 

Tanınmış fizik Albert Eynşteynə məxsus skripka hərracda təxminən 1.1 milyon funt sterlinqə (təxminən 1.5 milyon dollar - red.) satılıb.

Bu barədə "The Daily Mail" məlumat yayıb.

Qeyd olunub ki, nisbilik nəzəriyyəsinin ixtiraçısı bu musiqi alətini 1890-cı illərin ortalarında, Sürix Politexnik Məktəbində təhsil almaq üçün İsveçrəyə getməzdən bir müddət əvvəl Almaniyada əldə edib.

1930-cu illərdə nasistlər hakimiyyətə gələndə Eynşteyn ABŞ-yə mühacirət etmək qərarına gəlib. Əşyalarının itməməsi üçün alim onları fizik Maks fon Laueyə verib. Bu əşyalar arasında skripka, həmçinin atası tərəfindən gənc Eynşteynə hədiyyə edilmiş velosiped və fəlsəfə kitabı da olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930