xebermen.az

Aya nüvə arsenalı yerləşdirilir: Ekspert təhlükələr barədə xəbərdarlıq etdi

4-10-2025, 09:20

 

Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının (RANEPA) Hüquq və Milli Təhlükəsizlik İnstitutunun hərbi eksperti Aleksandr Stepanov diqqət çəkən açıqlamalar verib.


O, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ayda nüvə arsenalı yerləşdirə biləcəyini bəyan edib.


Onun sözlərinə görə, amerikalılar "Artemida" proqramı çərçivəsində Yerin peykində silah yerləşdirə bilərlər. Ekspert əmindir ki, ABŞ gələcəkdə astronavtlar üçün Şeklton kraterində qurulacaq bazadan kosmosun militarizasiyası üçün istifadə edəcəklər.


"Bazanın enerji təminatı üçün nüvə enerjisi istifadə olunacaq. Bu aspekt bəlkə də ən əhəmiyyətli məsələdir. Bu, nüvə texnologiyalarının təkcə orbitdə deyil, həm də Yerə yaxın kosmosda yerləşdirilməsi istiqamətində atılacaq bir addımdır. Bu, tərəqqi adı altında Yerə yaxın və Ayda nüvə silahlarının yerləşdirilməsi ehtimalını yüklədəcək",- mütəxəssis bildirib.


O, gələcək proseslərin reallaşa biləcəyinə nümunə olaraq altıya qədər nüvə başlığı daşıya bilən Amerikanın Boeing X-37 kosmik gəmisini də yada salıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031