xebermen.az

Hazırda Moskvada olan Suriyanın keçmiş prezidenti Bəşər Əsədi zəhərləməyə cəhd olub

2-10-2025, 16:30

 

Bu barədə məlumatı Suriyanın İnsan Haqları Müşahidə Qrupuna istinadən “Sky News Arabia” yayıb. 

Bildirilib ki, B.Əsəd sentyabrın 29-da xəstəxanadan evə buraxılıb və vəziyyəti hazırda stabildir. 

Məlumata görə, bu müddət ərzində xəstəxanada onu ziyarət etməyə yalnız qardaşı Maher və Prezident İşləri üzrə keçmiş baş katib Mənsur Azzama icazə verilib. 

Qrupun mənbəsinin sözlərinə görə, B.Əsədin zəhərlənməsinə dair əməliyyatı həyata keçirən şəxslər bununla Rusiyanı pis vəziyyətdə qoymağa, eləcə də ölkəni onu zərərsizləşdirməkdə ittiham etmək istəyib.

Hadisə ilə bağlı digər detallar açıqlanmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031