xebermen.az

Paşinyanı devirmək üçün İrəvana gələn minlərlə “Vaqner”çi: Araşdırma davam edir

2-10-2025, 11:17

 

Ermənistan İstintaq Komitəsi Ermənistana 12 min “Vaqner” döyüşçüsünün gəlməsi ilə bağlı ilkin araşdırmanın hələ də davam etdiyini bildirib.


Bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirilib.


2023-cü ilin sentyabrında Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bəyan edib ki, “Vaqner PMC” üzvlərinin Ermənistana gəlişi ilə bağlı xəbərlər Telegram kanallarında dərc olunub və Milli Təhlükəsizlik Xidməti (MTX) öz səlahiyyətləri daxilində bu məlumatı araşdırır.


2023-cü ilin dekabrında Milli Təhlükəsizlik Xidməti (MTX) araşdırmalarını davam etdirdiyini bildirmişdi. Sonrakı sorğuya cavab olaraq MTN cinayət işinin Ermənistan İstintaq Komitəsinə verildiyini demişdi.


Qeyd edək ki, “Vaqner PMC” döyüşçülərinin Ermənistanda olması ilə bağlı şayiələri İrəvan Şəhər Şurasına seçkilərdən əvvəl hökumətyönlü ictimai qrup başlatmışdı. Əvvəlcə 3000 döyüşçünün olduğunu söyləsə də, sonradan 12000 döyüşçü olduğu iddiası ortaya çıxdı.


Məlumata görə, onlar “çevriliş edib baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmalı idilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930