xebermen.az

Bu şəxslərin pensiyası dayandırılır

2-10-2025, 11:16

 

Azərbaycanda pensiya alanlarla bağlı yeni problem ortaya çıxıb. Bəzi vətəndaşlar bildirirlər ki, qeydiyyatda olduqları ev söküldükdə şəxsiyyət vəsiqələri deaktiv olur və bu səbəbdən təqaüdlərin karta köçürülməsi çətinləşir. Bu məsələnin qanuni əsaslarının olub-olmaması isə müzakirə mövzusudur.


Qeydiyyat problemi pensiya ödənişlərinin dayanmasına səbəb ola bilərmi?


Iqtisadçı Əkrəm Həsənov deyib ki, bu məsələ tamamilə qanunsuz və özbaşına xarakter daşıyır.


"10‑15 il əvvəl Daxili İşlər Nazirliyinin yerli idarələrində sənədsiz vətəndaşların rəsmiləşdirilməsinə başlandı. Halbuki həmin şəxslər faktiki olaraq qeydiyyata alındıqları ünvanda yaşamırdılar. Bu da düzgün deyildi. Lakin həmin vaxt heç olmasa onlara şəxsiyyət vəsiqələri təqdim edilirdi. Bir neçə il əvvəl polisdə müəyyən şəxslər sistemdən çıxarıldı. Hazırda isə qeydiyyatsız vətəndaşlara belə şəxsiyyət vəsiqəsi verilir. Məhz bu səbəbdən qeyd edilən problemlər ortaya çıxır və bu hallar tamamilə qanunsuzdur".


İqtisadçı bildirib ki, Konstitusiyaya görə vətəndaşın şəxsiyyət vəsiqəsi və xarici pasport almaq hüququ var:


"Qeydiyyatın olmaması bu hüququ ləğv etmir. Ona görə də sözügedən məsələ hüquqi baxımdan yolverilməzdir. Təəssüf ki, mövcud problem bir neçə ildir davam edir. Hesab edirəm ki, bununla bağlı məhkəməyə, xüsusilə də aidiyyəti komissiyaya rəsmi şəkildə müraciət olunmalı və şikayət təqdim edilməlidir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930