xebermen.az

NASA: "2035-ə qədər Ayda yaşayış ola bilər"

1-10-2025, 10:03

 

NASA 2035-ə qədər Ayda yaşayış üçün kənd salmaq istəyir.

NASA-nın rəhbər əvəzi Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində bu məqsədlə planların hazırlandığını açıqlayıb.

Onun sözlərinə görə, qarşıdakı 10 il ərzində təkcə stansiya deyil, Ayda insanların uzunmüddətli qala biləcəyi kənd inşa olunacaq. Burada daimi yaşayış üçün lazım olan bütün şərait təmin ediləcək.

NASA 2026-cı ilin fevralında "Artemida-II" missiyası çərçivəsində 4 astronavtı Aya göndərməyi hədəfləyir. Hərçənd həmin səfərdə eniş nəzərdə tutulmasa da, bu missiya gələcək planlara zəmin yaradacaq.

İnşa ediləcək kəndin nüvə enerjisi ilə işləyəcəyi və Ayda mövcud materiallardan istifadə olunaraq tikiləcəyi bildirilir. Agentliyin növbəti hədəfi isə Marsa enişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930