xebermen.az

Avropa rəsmən bəyan etdi: Müharibə başladı

30-09-2025, 10:04

 

Almaniya kansleri Fridrix Merts bildirib ki , Almaniya artıq sülh içində deyil.


Siyasətçi Danimarka və Şlezviq-Holşteyn ştatında Rusiyaya aid pilotsuz təyyarələrlə bağlı insidentləri şərh edib. Onun sözlərinə görə, bu hadisələr həyəcanvericidir, lakin bu dronların mənşəyi hələ də məlum deyil.


O, Almaniyanın silahlı münaqişəyə cəlb olunma riski ilə bağlı sualı cavablandırarkən deyib: “Biz tamamilə fərqli bir dünyada yaşayırıq.


Biz müharibə vəziyyətində deyilik, amma artıq sülh şəraitində də deyilik”.


Mertsin çıxışı ilə eyni vaxtda Polşanın Baş naziri Donald Tusk da oxşar bəyanatla çıxış edib. Onun sözlərinə görə, artıq Rusiya ilə Qərb arasında münaqişə gedir.


O vurğulayıb ki, fikir liderləri bütün Qərb transatlantik ictimaiyyətini Rusiya ilə müharibənin perspektiv deyil, artıq təsdiqlənmiş fakt olduğunu başa düşməyə “məcbur etməlidir”.


“Bu müharibədir. Biz bunu istəmirdik, bəzən qəribədir, yeni bir müharibə növüdür, amma yenə də müharibədir”, - Tusk deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930