xebermen.az

Elektrikli avtomobillər yeni risk yaradır - Ekspertlərdən xəbərdarlıq

30-09-2025, 09:55

 

Son illərdə elektrikli avtomobillərin sayı sürətlə artır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu nəqliyyat vasitələri bəzi insanlarda adi maşınlara nisbətən daha çox yol tutması (motion sickness) problemlərinə yol aça bilər.


KBB mütəxəssisləri elektrikli avtomobillərin yaratdığı risklər barədə danışıb.


Elektrikli avtomobillərdə sürüşün, motor səsi və yol titrəyişlərinin minimuma enməsinin beyində uyğunsuzluq yaratdığı qeyd olunur. Bu da bəzi insanlarda ürəkbulantısı, başgicəllənmə, tərləmə və panika hissi kimi əlamətlərlə özünü göstərir.


Prof. Dr. Cem Devge bildirib ki, "Elektrikli avtomobillərin anidən sürətlənməsi və yavaşlaması da yön hissini pozur, bu isə yol tutmasının şiddətini artırır".


Ekspertlər həmçinin elektrikli avtomobillərin güclü akkumulyatorlarının yaratdığı elektromaqnit sahənin də sağlamlıq üzərində təsirlərinin hələ tam araşdırılmadığını vurğulayıb. Uzunmüddətli təsirlərlə bağlı kifayət qədər elmi işin olmadığı qeyd edilir.


Prof. Dr. Yıldırım, genetik faktorların da yol tutmasında rol oynadığını xatırladaraq hər kəsdə bu problemin görülmədiyini bildirib. Mütəxəssislərin sözlərinə görə, zəncəfil istifadəsi bulantı və digər əlamətlərin azaldılmasına kömək edə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930