xebermen.az

Uşaqlarınızı nəzarətsiz qoymayın! - Polisdən xəbərdarlıq

29-09-2025, 09:45

 

Bir neçə gün əvvəl ailəsindən xəbərsiz yaşayış yerini tərk edən Ağsu şəhər 3 saylı tam orta məktəbin şagirdi tapılıb.


Hadisənin təfərrüatlarını Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev açıqlayıb.


Onun sözlərinə görə, skuterlə naməlum istiqamətə gedən məktəbli müəlliminə valideyninin adından mesaj yazıb.


“Uşaqlarınızı nəzarətsiz qoymayın: həyəcanlı axtarış “dərs”ə çevrildi


Skuterlə naməlum istiqamətə getmişdi. Məktəbli anasının telefonundan müəlliməsinə “xəstələnib, dərsə gəlməyəcək” mesajı yazmışdı. Polis o uşağın tapılması üçün bir neçə saat davam edən həyəcanlı tədbir keçirdi və bu, bütün valideynlərə dərs olmalıdır.


Məlum olub ki, uşaq rayona yaxın kəndin meşəlik ərazisinə evdən götürdüyü örtüklə “piknik” etməyə gedib. Fərqinə varmayıb ki, rayon polisinə həyəcan siqnalı verilib. Uşaqları nəzarətsiz qoymayın, müəllimləri ilə ünsiyyətinizi diqqətdə saxlayın, əziz valideynlər”, – deyə Elşad Hacıyev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930