xebermen.az

Məşhur teleaparıcılar terror zamanı "Krokus"da gizləniblərmiş-Yeni detallar

27-09-2025, 11:09

 

Rusiyanın məşhur aparıcıları Sergey Svetlakov və Andrey Malaxovun adları “Crocus City Hall”da terror aktının təhqiqat işində "yoxa çıxıb".


Bu barədə "Mash" Telegram kanalı məlumat yayıb. Qeyd edilib ki, onlar atışma zamanı konsert zalında olsalar da şahid qismində adları çəkilməyib.


Telegram kanalının məlumatına görə, teleaparıcılar Moskva Şəhər Məhkəməsinə çağırılmayıblar. Svetlakovun özü isə bildirib ki, həmin axşam obyektdə olan insanlarla birlikdə dəhlizdə terrorçulardan gizlənə bilib. “Piknik” konsertində Malaxov da iştirak edibmiş. Lakin o, bunu gizli saxlayıb.


Bu arada, Moskva Şəhər Məhkəməsində müdafiə tərəfi qismində 800 şahidin dindirilməsi davam edir. Təxminən 1700 nəfər qurban kimi tanınıb.


Xatırladaq ki, "Krokus" terroru Moskva yaxınlığında, Krasnoqorskda yerləşən "Crocus City Hall"da 2024-cü il martın 22-də baş verib. Silahlı şəxslər konsert zalında tamaşaçılara avtomat silahlardan atəş açıb və binanı yandırıblar. İstintaq Komitəsinin məlumatına görə, 149 nəfər ölüb, 1 nəfər itkin düşüb, yaralananların ümumi sayı isə 609 nəfər olub. Dəyən maddi ziyan təxminən 6 milyard rubl qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930