xebermen.az

Yeni böyük müharibə qorxusu - Bu ölkələr hədəfdir

27-09-2025, 11:07

 

Hazırda Avropa yeni böyük müharibə təhlükəsinin astanasındadır.

Bunu Norveçin Steigan nəşri yazıb.

"Steigan"ın yazdığına görə Qərb ölkələri Polşanı Rusiya ilə qarşıdurmada "ön xətt dövləti" roluna itələyir. İddia edilir ki, NATO və ABŞ böyük güclərin oyununda manevr üçün Polşanı əlverişli fiqur kimi görür.

Nəşr yazır: "NATO və ABŞ öz geosiyasi məqsədləri üçün fiqur axtarır və Polşa bu sxemə uyğun gəlir."

Xatırladaq ki, bundan əvvəl Polşa Xarici İşlər naziri Radislav Sikorski ölkəsinin əgər Rusiya təyyarələri icazəsiz olaraq Polşa hava məkanına daxil olsa onları vurmağa hazır olduğunu bildirmişdi. Sikorski Rusiyanı da xəbərdar etmişdi ki, əgər təyyarə və ya raket icazəsiz şəkildə Polşa hava məkanına daxil olub vurulsa, Moskva bundan "şikayət etməsin".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031