xebermen.az

Köçəryanla Sarkisyan Azərbaycana ekstradisiya ediləcək: Proses başladı

25-09-2025, 10:29

“Nikol Paşinyan Ermənistanın keçmiş prezidentlərinin Azərbaycana ekstradisiya olunması prosesinə başlayıb”.

Bu barədə Ermənistanda “HayaQue” hərəkatının üzvü Menua Soqomonyan deyib.

Soqomonyan paraflanmış sülh sazişinin 8-ci maddəsinə diqqət çəkib.

“Orada bildirilir ki, tərəflər separatizmə qarşı mübarizə aparmaq öhdəliyi götürür. İndi Nikol Paşinyan keçmiş prezidentləri Qarabağı (keçmiş qondarma rejim-red) dəstəkləməkdə, separatizmi müdafiə etməkdə ittiham edəndə bunu nəzərdə tutur. Dünəndən etibarən sosial şəbəkələrdə Nikolun tərəfdarlarının keçmiş prezidentlərin ekstradisiya edilməsi ilə bağlı tələblərini gördük. Düşünürəm ki, bu, baş verə bilər. Artıq keçmiş prezidentlərin ekstradisiya edilib-edilməməsini müzakirə edirik. Deyəcəklər ki, onları təhvil verməsək, müharibə olacaq”, - o bildirib.

Qeyd edək ki, Paşinyan Ermənistanın keçmiş prezidentlərini – Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı 18 yaşlı erməni əsgərləri Ermənistan sərhədlərindən kənarda – Qarabağda yerləşdirməkdə günahlandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031