xebermen.az

Uzun ömürlülüyün açarı: Dünyanın ən yaşlı qadınının pəhrizi

25-09-2025, 10:27

 

Alimlər dünyanın ən uzunömürlü insanının DNT-sini araşdırıb və uzunömürlülüyün sirlərindən birini üzə çıxarıb.


Maria Branyas Morera ABŞ-da anadan olub, İspaniyanın şimal-şərqində ötən il 117 yaşında dünyasını dəyişib. Branyas ömrünün təxminən 110 ilini İspaniyada yaşayıb. O, 2020-ci ildə COVID-ə yoluxaraq dünyada bu virusa qalib gələn ən yaşlı insan kimi diqqət çəkib. Alimlər müəyyən ediblər ki, onun bioloji yaşı real yaşından 23 il daha gənc olub.


O, gündə üç dəfə qatıq yeyirmiş. Alimlərin fikrincə, onun rasionunda probiotik qatığa xüsusi yer verməsi sağlam qocalmasında mühüm rol oynayıb.


Maria Branyasın pəhrizində qatıqla yanaşı lifli qidalar da olub. O, hər səhər səkkiz müxtəlif dənli bitkidən hazırlanan smuzi qəbul edib. Bu qidalar bağırsaqdakı faydalı bakteriyalar üçün qida rolunu oynayaraq onların çoxalmasına şərait yaradıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031