xebermen.az

Tokayev BMT-də Azərbaycan-Ermənistan münasibətlərindən danışıldı

24-09-2025, 10:38

 

Biz ABŞ prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq.


Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 80-ci sessiyasında deyib.


"Bu sübut edir ki, hətta uzun müddətdir davam edən münaqişələr də diplomatiya və sağlam düşüncə yolu ilə həll oluna bilər. Bu prinsipi rəhbər tutan Qazaxıstan ardıcıl olaraq eskalasiya üzərində diplomatiyanın, güc üzərində dialoqun tərəfdarıdır", - deyə Tokayev bildirib.


O, çıxışının davamında qeyd edib ki, mövcud geosiyasi gərginlik bəzən bəzi liderləri sivilizasiyaların toqquşmasının qaçılmaz olduğunu iddia etməyə sövq edir, lakin bu bölgü tale deyil, siyasi seçimdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031