xebermen.az

Yerin nüvəsinin sərhəddində sirli yerdəyişmə - Nələr baş verə bilər?

22-09-2025, 10:10

 

Qustav Eyfel Universitetinin (Paris) fransız geofizikləri Yerin dərinliklərində qeyri-adi kütləvi yerdəyişmə aşkar ediblər.


Bu kəşf barədə "Geophysical Research Letters" jurnalında məqalə dərc edilib.


Bildirilib ki, yerdəyişmə 2006-2008-ci illər arasında nüvə-mantiya sərhədində, təxminən 3000 kilometr dərinlikdə baş verib.


Tədqiqat Amerika-Almaniya GRACE peyk missiyasının məlumatlarına əsaslanır. Alimlərin fikrincə, Yerin daxili hissəsində qeydə alınan kütləvi dəyişiklik süxurların, xüsusən də perovskitlərin strukturunda mümkün transformasiyalardan xəbər verir.


Bu minerallar həddindən artıq təzyiq altında əmələ gəlir və uzun müddət aşağı mantiyanın mühüm tərkib hissəsi hesab olunurdu. Onların mövcudluğu həm laboratoriya təcrübələri, həm də seysmik müşahidələr ilə təsdiq edilib: bu bölgədə dalğa sürəti perovskit süxurlarının xüsusiyyətlərinə uyğundur.


GRACE cazibə məlumatlarının təhlili Yerin cazibə qüvvəsində lokal dəyişikliyə səbəb olan kütləvi yerdəyişməni aşkar edib. Elm adamları, nüvə-mantiya sərhədindəki deformasiyanın təxminən on santimetrə çata biləcəyini deyirlər. Bu da öz növbəsində maye nüvənin hərəkətinə təsir göstərə və müşahidə olunan maqnit anomaliyalarına səbəb ola bilər.


Tədqiqatçılar vurğulayıblar ki, bu proseslərin dəqiq səbəbləri hələ müəyyən edilməyib, lakin aparılan işlərin nəticələri planetin daxili quruluşunu, eləcə də onun geodinamik proseslərə, o cümlədən zəlzələlərə və Yerin maqnit sahəsinin formalaşmasına təsirini daha yaxşı anlamağa kömək edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930