xebermen.az

Makiyaj çantanızdakı TƏHLÜKƏ - Bu maddələr xərçəngə və sonsuzluğa səbəb ola bilər

19-09-2025, 09:44

 

“Verywell Health” şirkətinin həkimləri makiyajın xərçəng riskini artıra biləcəyi barədə xəbərdarlıq ediblər.

Bu barədə şirkətin rəsmi açıqlamasında deyilir.

Mütəxəssislərin sözlərinə görə, kosmetik vasitələrin tərkibində tez-tez təhlükəli maddələr olur: arsen, qurğuşun, kadmium, xrom və civə.

Həkimlərin sözlərinə görə, bəzən onların miqdarı normadan artıq olur. Daimi istifadə zamanı, az dozada belə, bu maddələr qana keçərək ciddi fəsadlara səbəb ola bilər:

  • idrak və reproduktiv funksiyaların pozulması;
  • böyrəklərlə bağlı problemlər;
  • onkoloji xəstəliklər riskinin artması.

Mütəxəsislər həmçinin kosmetikaya qarşı mümkün allergik reaksiyaları da xatırladıblar: qızartı, qaşınma, şişkinlik və səpgilər. Onlar yeni vasitələri istifadə etməzdən əvvəl dərinin kiçik sahəsində yoxlamağı məsləhət görüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031