xebermen.az

Bu simptomlara diqqət - İçməli sudan keçir, beyni yavaş-yavaş məhv edir

18-09-2025, 09:49

 

Hindistanın Kerala ştatında "beyin yeyən amip" kimi tanınan Naegleria fowleri parazitinin səbəb olduğu PAM (Primer Amibik Meninqoensefalit) infeksiyası yayılmağa davam edir.

Hindustan Timesın məlumatına görə, Kerala Səhiyyə Nazirliyi ilin əvvəlindən bu yana 69 nəfərdə PAM infeksiyası aşkarlandığını, onlardan 19-nun isə həyatını itirdiyini açıqlayıb.

Rəsmi açıqlamada bildirilib ki, xəstəlik içməli su mənbəyindən yoluxur. Lakin müəyyən bir su mənbəyi ilə əlaqələndirilməyib, yoluxmaların tək-tək hallarda baş verdiyi və bölgədə sərt nəzarət tədbirlərinin gücləndirildiyi vurğulanıb.

Xəstəlik ilk mərhələdə baş ağrısı, yüksək hərarət, ürəkbulanma və qusma ilə özünü göstərir. Həkimlər bu simptomlara diqqət etməyi tövsiyə edir, çünki infeksiyanın ölüm riski çox yüksəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930