xebermen.az

Bu qurumlara yeni səlahiyyət veriləcək

17-09-2025, 12:31

 

Uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir.


Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.


Layihəyə əsasən, səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların, validasiya orqanlarının və verifikasiya orqanlarının uyğunluğu qiymətləndirən qurumlar sırasına daxil edilməsi təmin ediləcək.


Bununla əlaqədar qanuna yeni anlayışlar əlavə ediləcək:


səriştəlilik sınağı – nəticələrini təqdim edən şəxslərin fəaliyyətinin laboratoriyalararası müqayisələr vasitəsilə qiymətləndirilməsi prosesi;


validasiya – obyektiv sübutların təqdim edilməsi yolu ilə bəyan edilmiş məlumatın təsdiqi;


verifikasiya – qiymətləndirmə obyektlərinin texniki normativ hüquqi aktlarda müəyyən edilmiş tələbləri yerinə yetirdiyinə dair təqdim olunmuş sübutlara əsasən təsdiqlənməsi.


Qeyd edilib ki, qanun layihəsi uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sisteminin təkmilləşdirilməsinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, bununla da akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilən uyğunluq sənədlərinin (müvafiq sertifikatların, sınaq nəticələrinin və s.) beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930